XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2020 - 15:24

Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan axtarışa verildi- Açıqlama

Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib.

Baş Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, adı çəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində beynəlxalq axtarış elan edilib.