XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2020 - 00:23

İzmirdə zəlzələ:ölənlərin sayı 17-yə, yaralıların sayı 709-a çatıb

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb.  

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələdə xəsarət alan 709 yaralı isə xəstəxanada müalicə olunur.

***

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.

Bu barədə Fövqəladə Hallar üzrə İdarə məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı 12 nəfər həlak olub.

Qeyd edək ki, Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

***

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralananların sayı 419 nəfərə çatıb.  

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Bildirilib ki, 17 binada axtarış-xilasetmə işləri həyata keçirilir.