XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2020 - 13:20

Rusiya Paşinyanın Putinə kömək üçün müraciətini müsbət cavablandırmadı- Bəyanat

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb.

Rusiya XİN-in mətbuat xidmətinin məlumatında deyilir:

“Ermənistan Respublikasının Baş Naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiya Federasiyasının Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növünü və miqdarını müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlamaq istəyi ilə bağlı müraciəti ilə əlaqədar olaraq, Rusiyanın Ermənistana münasibətdə 27 avqust 1997-ci il Müqaviləsində əks olunan müttəfiqlik öhdəliyini bir daha təsdiqləyirik. Müqaviləyə uyğun olaraq Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazımı olan bütün köməkləri göstərəcək”/APA.