XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2020 - 18:02

Müdafiə Nazirliyi:"Bizim Ermənistan Respublikasında heç bir hədəfimiz yoxdur"

“Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir. Bu əməliyyatlar davam edəcək və bu əməliyyatları yekunlaşdırmaq üçün bir yol var ki, bütün torpaqlar işğaldan azad edilsin və bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmasın”.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Azərbaycan Ordusunun bütün əməliyyatları yalnız əməliyyat sahəsi çərçivəsindədir:

“Bizim Ermənistan Respublikasında heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız əlində silah olan düşmən bölmələridir və düşmənin legitim hərbi obyektləridir ki, biz bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk”.