XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2020 - 18:15

Trampın müşaviri:"Qarabağda sülhməramlılar skandinaviyalılar olmalıdır"

Robert O`Brayen Amerikanın Erməni Milli Komitəsi (ANCA) üzvləri ilə görüşdə

“Dağlıq Qarabağ münaqişəsi bölgəsində istənilən sülhməramlı qüvvəyə ABŞ və ya qonşu ölkələr daxil olmaqla, Minsk qrupu həmsədrlərinin silahlı qüvvələri daxil edilməməlidir”.

Strateq.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Robert O’Brayen Los-Ancelesdəki erməni icmasının nümayəndələri ilə görüşü zamanı bildirib.

“Hər hansı bir Türkiyə vasitəçiliyi və ya sülhməramlı rolu həm ABŞ, həm də Ermənistan üçün əhəmiyyətli deyil. Hər iki ölkənin Skandinaviya sülhməramlılarını qəbul etməli olduğuna inanırıq və atəşkəsin qorunması üçün bölgəyə yerləşdirilə biləcək sülhməramlı qüvvəni bir araya gətirmək üçün Skandinaviya hökumətləri ilə işləyirik”, – deyə O`Brayen vurğulayıb.

Görüşün təşkilatçısı Los-Anceles dairə Müşahidə Şurasının sədri Katrin Barger olub

O`Brayen əlavə edib ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıması ABŞ hökumətinin masasında olacaq müzakirə mövzusu deyil. “ABŞ, Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri kimi, bitərəf rol oynayır”.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Azərbaycanın guya atəşkəs məsələsində “tərəddüd keçirdiyini” bildirib.