XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2020 - 15:12

Ermənistanın ilk Prezidenti Putindən yardım istəyən Paşinyanı ələ saldı:"Bunu da başa düşmürsə, vay bizim halımıza"

Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı məktubla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin bu müraciətə verdiyi cavabı şərh edib.

Strateq.az Ermənistanın NEWS.am saytına istinadla xəbər verir ki, Levon Ter-Petrosyan Paşinyanın Putinə “yardım məktubu” ilə bağlı belə deyib:  “Nikol (Ermənistan Baş naziri Nikol Paşinyan – red.) Vladimir Putinə yardım xahişi ilə bir məktub göndərdi. Putin buna Xarici İşlər Nazirliyi vasitəsi ilə cavab verdi. Başa düşmürsüz bununla nə cavab verildi? Paşinyan bunu da başa düşmürsə, vay bizim halımıza”.

O bildirib ki, Putin çox səmimi və diplomatik nəzakətlə Paşinyanın məktubuna belə cavab verib: “Ermənistanın tam təhlükəsizliyini təmin etməyə borcluyam və hazıram, amma nəhayət, başa düşün: sizin əvəzinizə Qarabağ məsələsini həll edə bilmərəm”.