XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 13:57

Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi –MN yeni məlumat yaydı

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib: “Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib”.