“Son bir ayda dünyada səslənən hər fikrə, hər mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır”.
Strateq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yazıb.
Dövlət başçısı qeyd edib ki, ilk günlərdən qardaş ölkələrdən bu dəstəyi görmək böyük mənəvi güc verir: “Bizim birliyimizi sözdə deyil, əməldə göstərir. Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcək”.