XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 15:07

Azərbaycanda daha 1242 nəfər COVID-19-a yoluxub, 551 nəfər sağalıb –Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 551nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib: “İndiyədək ümumilikdə 58 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 45 030 nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib, aktiv xəstə sayı 12 484 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 159, ötən müddət ərzində isə ümumilikdə 1 379 779 test aparılıb”.