XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 15:46

MN rəsmisi düşməni təslim olmağa çağırdı:"Hazırda Ordumuz əməliyyat şəraitinə nəzarət edir”

“Döyüş əməliyyatları, əsasən, Qubadlı, Zəngilan, Xocavənd və Ağdərə istiqamətlərində davam edir”.

Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, son sutkada 4 Qrad, 1 KUB, 9 top, sursatlarla dolu 2 yük maşını, o cümlədən taktiki pilotsuz uçuş aparatı məhv edilib: “Düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə bütün istiqamətlərdə sıxışdırılıb, geri çəkilməyə məcbur edilib. Hazırda Ordumuz əməliyyat şəraitinə nəzarət edir”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı legitim hərbi hədəflər məhv edilir: “Düşmənin döyüş meydanından məlumatı olmayan rəhbərliyi hələ də daxili auditoriyaya yalan məlumat verir. Buna görə də aldadılaraq döyüş meydanına gətirilənlərin təslim olması onların sağ qalması üçün yeganə yoldur”.