XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 18:36

Lavrov Qarabağda atəşkəsin mümkün olmadığını dedi:"Bu, olduqca çətin bir işdir"

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağda atəşkəsə əməl olunmasına nəzarət mexanizmlərinin spesifik parametrləri barədə razılığa gəlmək hələ mümkün olmayıb.

Strateq.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant “qəzetinə müsahibəsində danışan Lavrovun sözlərinə görə, hazırda ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində proses davam edir:

“10 oktyabr tarixli Moskva bəyanatında atəşkəsə riayət etmək üçün konkret parametrlər razılaşdırılmalı idi. Bu, olduqca çətin bir işdir. Bu məsələnin həllinə müxtəlif yanaşmalar var. Hazırda həmsədrlər İrəvanla Bakı arasında təması davam etdirir”.

Lavrov bildirib ki, indiyə qədər parametrlər barədə tərəflərlə razılığa gəlmək mümkün olmayıb: “Bu istiqamətdə həm biz tərəfdən, həm də ATƏT-in Minsk qrupundakı həmsədrlik çərçivəsində işlər davam edir. Əsas odur ki, hər hansı bir mexanizm tərəflər üçün məqbul olsun”.

Lavrov onu da deyib ki,  Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa inandırmaq üçün türkiyəli tərəfdaşları ilə  çalışacaqlar: “Rusiya Qarabağda hərbi əməliyyatın dayandırılması üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcək. Moskva və Ankara bu kimi məsələlərdə çevik, praqmatik yanaşma göstərmək təcrübəsi olan bölgədəki nüfuzlu ölkələr və tərəfdaşlardır. Bizim aramızda Suriya və Liviyada da belə nümunələr var”.