XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 19:54

Separatçıların “administrasiyası” Ermənistana “köçürüldü” –Erməni mediası yazdı

Dağlıq Qarabağdakı qondarma “respublikanın” administrasiyası Yerevana köçürülüb.

“Novosti Armeniya” xəbər verir ki, bu barədə separatçıların başçıları bildirib.

Qeyd olunub ki, onlar “fəaliyyətini” Ermənistan Respublikasında “davam etdirəcək”.

Separatçılar qeyd edib ki, Qarabağdan Ermənistana köçən erməni icmasının bütün sosial, yaşayış problemləri ilə Yerevandakı qərargah məşğul olacaq.

Bu bildiriş Qarabağda erməni mülki sakinlərin qalmadığını deməyə əsas verir/Report.