XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 22:29

BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək –Prezident İlham Əliyevin təşəbbüsü ilə

 “BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi COVID-19 ilə əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi qaydası haqqında qərar qəbul edib”.

Bu barədə BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi tvitter səhifəsində qeyd edilib.

BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır isə “Twitter” hesabında qeyd edib ki, COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edilib: “COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində sədrliyimlə keçiriləcək”/APA.