XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 16:15

Bayden həlledici 16 səsi qazandı –Demokrat namizəd Corciya ştatında qalib gəlib

Co Bayden həlledici ştatlardan Corciyada Prezident Donald Trampdan önə çıxıb. 3 noyabr prezident seçkisinin bülletenləri hələ də sayılmaqdadır.

Bir sıra media orqanlarının məlumatına görə, noyabrın 6-da Bayden 917 səs fərqliə önə çıxıb. Corciya ştatından 16 seçki kollegiyası səsi olmadan, Tramp, qalib olmaq üçün gərəkən 270 səsi yığa bilməyəcək. Bayden Corciyada qalib gələrsə, 1992-ci ildə Bill Klintondan sonra bu ştatda udmuş ilk demokrat namizəd olacaq. O, Nevada və Arizona ştatlarında cüzi fərqlə irəlidədir. Tramp isə Pensilvaniyada öndə gedir.

Amerikalılar narahatlıqla seçkinin nəticəsinin elan olunmasını gözləyirlər. Bu arada Tramp heç bir dəlil ortaya qoymadan, hələ səssayma prosesinin davam etdiyi ştatlarda saxtakarlıq baş verdiyini iddia edib, hüquqi addımlar atmaqla hədələyib.

Bayden Pensilvaniyada, yaxud Corciya, Nevada və Arizona üçlüyündən ikisində qalib olarsa prezident seçilir. Tramp isə qalib olmaqdan ötrü Pensilvaniyadakı üstünlüyünü saxlamalı, Baydeni Corciyada və Nevada, yaxud Arizonada məğlub etməlidir.

Seçki nəticələrinin xəritəsi daraldıqca Trampın seçki qərargahı səssayma prosesinə qarşı hüquqi addımlara start verib, eyni zamanda seçkinin nəticələrini şübhə altına alır.

Prezident elə kampaniya dövründə də ölkənin səsvermə sisteminin bütövlüyünə hücum edir, seçki saxtakarlığına dair əsaslandırılmamış iddialar irəli sürürdü. (azadliq.org)