XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2020 - 14:45

Cavad Zərif:"Qarabağ Planı"na cavab gözləyirik"

“Azərbaycanın ərazisi işğaldan azad edilməlidir”.

Strateq.az ISNA-ya istinadıa xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Dağlıq Qarabağ bölgəsindəki müharibə barədə jurnalistlərin sualına vcavab verərkən o deyib: “Bu, sərhədlərimizdə baş verir”.

Nazir əlavə edib: “Biz işğalın və beynəlxalq sərhədlərdə dəyişikliklərin qəbuledilməz olduğunu açıq şəkildə bildirdik. Azərbaycanın işğal olunmuş əraziləri azad edilməlidir. Eyni zamanda, bizi insan, xüsusilə mülki itkilər narahat edir. Ekstremist təşkilatların münaqişə səhnəsinə girməsi və döyüş meydanında iştirakı da bizi narahat edir və bu, yalnız İran üçün deyil, bütün bölgədə sülh və sabitlik üçün təhdiddir. Buna görə də, inanırıq ki, müharibə sona çatmalı, işğal da bitməlidir”.

Cavad Zərif İranın münaqişədə vasitəçilik etmək istəyi ilə əlaqədar bildirib: “Mən müavinimdən həm Azərbaycan, həm də Ermənistan, həm Rusiya, həm də Türkiyəyə getməsini və vasitəçilik təklifimizi təqdim etməsini xahiş etdim. Nə edilməsi lazım olduğuna dair kifayət qədər ətraflı təklifimiz artıq masadadır. Təklif həmin iki qonşu ölkə, habelə Türkiyə və Rusiya tərəfindən nəzərdən keçirilir və cavabı gözləyirik”.