“Suriyada, Liviyada biz var olduq, indi isə Azərbaycanda biz varıq”.
Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Konqresindəki çıxışında edib.
O bildirib ki, bu gün səhər Prezident İlham Əliyevlə danışıb: “Bu sabah İlham Əliyev qardaşımla telefonla danışdım. Prosesləri birbaşa özündən dinlədim. Müsbət nəticələri eşitdikdə, çox sevindim. Qələbəyə yaxınlaşırıq. 30 il işğal altındakı torpaqlardan ayrı qaldılar. Amma indi torpaqlara qovuşurlar. İnşallah, zəfərə yaxınlaşırıq. Ədalət və İnkişaf Partiyası və Tayyib Ərdoğanı kim niyə sevir və ya sevmir deyə baxsaq, nəticə budur. “Nə işin var sənin Liviyada, Azərbaycanda, Suriyada” deyənlər, bizi məhz bu səbəbdən sevmirlər. Bu zalımın qarşısında dayanacağıq. Bizi ümmət sevir, bizi məzlumlar sevər, bizə bu bəsdir”.