“Qarabağın azadlığına qovuşması yaxındadır”.
Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Ərdoğan AKP-nin konqresindəki çıxışında deyib.
O, Şuşanın azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib: “Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm. Şuşanın azad edilməsi işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının yaxın olmasına işarədir. Addım-addım işğal altındakı şəhərləri və Qarabağı azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir”.