XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2020 - 21:39

Ermənistanda 17 partiya Paşinyana qarşı birləşdi:"O və komandası təcili istefa verməli, ölkədə "keçid hökuməti" yaradılmalıdır"

Ermənistandakı 17 müxalifət partiyası Dağlıq Qarabağdakı vəziyyətə görə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb.

Strateq.az Ria Novosi-yə istinadla xəbər verir ki, Daşnaksütyun partiyasının saytında yerləşdirilən  bəyanatda Ermənistanın mövcud  iqtidarının Qarabağ və ətraf ərazilərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatına mane ola bilməməkdə ittiham olunub: “Nəticədə çox vöyük ərazi və insan itkisinə məruz qalmışıq”.

Bəyanatda ölkənin daxili və xarici siyasəti də pisləmərək, bütün bunlara görə Paşinyan iqtidarı günühkar bilibib. Müxaliflər Paşinyan iqtidarını bacarıqsızlıqda, o cümlədən Rusiya ilə münasibətləri düzgün qurmamaqda suçlayıb: “Bu səbəbdən geridönməz itkilərin qarşısını almaq üçün Baş nazir Paşinyan və onun hökuməti təcili olaraq könüllü iqtidardan getməlidir. Bundan sonra ölkədəki siyasi və ictimai təşkilatların iştirakı ilə təcili “keçid hökuməti” yaradılmalıdır”.