XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 06:40

Ermənistan Baş naziri Nikol Paşinyan:"Başqa çıxış yolu yox idi"

Ermənistanın baş naziri Nikol Paşinyan videomüraciətində Dağlıq Qarabağ üzrə bəyanatı imzalamaqdan başqa çıxış yolunun olmadığını bildirib.

Paşinyan bir çoxlarına zərər verə biləcəyini izah edərək qərarının səbəblərini açıqlamayıb.

“Mən çox şeyi deyə bilərəm, amma postlarda duran əsgərlərin həyatlarını təhlükə altına qoymamaq üçün susacam. Kim ki, indi dağıdır, səngərlərdəki əsgərin kürəyindən vurur. İndi mənim istefamı tələb edən bir siyasətçi var, bir gün əvvəl Şuşada mövqeləri tərk etdi. Ədalətli və səmimi niyyətli insanlar var”, – Paşinyan müraciətində deyib.

Baş nazir əlavə edib ki, qərar hərbi vəziyyətin analizi və hərbi vəziyyətlə hamıdan yaxşı tanış olan insanların qiymətləndirilmələri əsasında qəbul edilib. /Report.az