XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 09:02

Erməni işğalçı qüvvələri Dağlıq Qarabağdan çıxarılır

Bakı vaxtı ilə saat 7:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel olaraq regionda Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyində jurnalistlərə bildirilib.

“Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Moskva vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə saat 07:00-da) Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel şəkildə Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanır”, – nazirlikdə deyiblər. /Report.az