XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 10:41

“Döyüşlər artıq Xankəndinin ətrafında gedirdi, biz Qarabağı bütün itirə bilərdik” –Separatçı liderdən 3 ölkə liderinin birgə bəyanatına reaksiya

Qondarma Qarabağ rejiminin separatçı lideri Arayik Arutyunyan döyüşlərin eyni sürətlə davam edəcəyi təqdirdə, bütün Qarabağın itiriləcəyini etiraf edib.

Strateq.az Ria Novosti-yə istinadla xəbər verir ki, bu barədə o, Feysbuk-dakı səhifəsində yazıb.

O, İlham Əliyev, Putin və Paşinyanın imzaladığı bəyanata toxunaraq, etiraf edib ki, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut bölgələrini, o cümlədən Martuni və Əsgəran bölgələrinin bir hissəsini və ən əsası, Şuşanı itiriblər: “Döyüşlər artıq Xankəndinin 2-3 kilometrliyində gedirdi. Döyüşlər eyni sürətlə davam etsəydi, bir neçə gün ərzində bütün Qarabağı itirmiş olardıq”.

Onun sözlərinə görə, eyni zamanda, daha çox itki olardı, çünki döyüş əməliyyatları arxa tərəfə yayılaraq geridönməz nəticələrə səbəb olardı: “Son iki gündə İHA zərbələri daha da gücləndi. Dünən, son bir neçə saat ərzində Martuni bölgəsində böyük itkilər oldu”.