XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 11:19

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub –Nələr müzakirə olunub?

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Bu barədə XİN-dən Strateq.az-a verilən məlumata görə, Türkiyə Xarici İşlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib. Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb.

Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə münasibətdə qəti dəstəyini heç bir zaman əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün qardaş Türkiyəli həmkarına və bütün Türkiyə xalqına təşəkkürünü bildirib.