XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 12:47

Paşinyan sülh razılaşmasını əvvəldən niyə imzalamadıqlarının səbəbini açıqladı:"Çox çətin qərar qəbul etdim"

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 27-də hərbi əməliyyatlar başlayarkən sülh razılaşmasını niyə imzalamadıqlarını açıqlayıb.

O bildirib ki, səbəb həmin razılaşmanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutması olub: “Biz isə bu addımı ona görə atmadıq ki, inanırdıq ki, elə edəcəyik, atəşkəs imzalamaqda maraqlı olmayaq, bunu düşmənin boynuna qoyaq, onu buna məcbur edək. Təəssüf ki, bu, baş vermədi”/APA

Paşinyan daha sonra bildirib: “Öz adıma və hamımız adına çətin, çox çətin qərar qəbul etdim. Rusiya və Azərbaycan prezidentləri ilə saat 01:00-da Qarabağ müharibəsinə son qoyulması ilə bağlı bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün sözlə ifadə edilməyəcək dərəcədə ağrılıdır”.