XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 13:25

Çavuşoğlu:"Atəşkəsə necə nəzarət olunacağı istiqamətində müzakirələr davam edir"

“Hər dəfə atəşkəsi pozan Ermənistan oldu. Bunun da hesabını ağır ödədi. Güclü Azərbaycan Ordusu uğurlu oldu, Paşinyan təslim olmaq vəziyyətinə düşdü. Dünən gecə üç ölkə arasında atəşkəs imzalanıb. Buna necə nəzarət olunacağı istiqamətində müzakirələr davam edir”.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Meydan və masada həmişə Azərbaycanın yanında olduq. Bundan sonra da qardaş Azərbaycanın yanında olacağıq. Bu, Azərbaycan üçün böyük zəfərdir. 7 rayon işğal altında idi. Daha öncə fərqli formullar mövcud idi. İndi meydandakı nailiyyətlərin faydaları ilə qısa müddətdə 7 rayonun qardaş Azərbaycana təhvil verilməsinə qərar verilib”, – o nazir qeyd edib/Report.