XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 16:56

Dmitri Peskov:"Qarabağda türk əsgərləri olmayacaq"

“Sənəddə Türkiyə sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğuna dair bircə kəlmə belə yoxdur”.

Strateq.az TASS-a istinadla xəbər verir ki, bunu üçtərəfli atəşkəs sənədində atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz barədə maddəni şərh edərkən, Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində atəşkəs şərtlərinin monitorinqi mərkəzinin yaradılması ayrıca bir razılaşmanın mövzusudur.

“Həqiqətən də, Azərbaycan ərazilərində atəşkəs şərtlərinin monitorinqi mərkəzinin yaradılması barədə danışılıb. Bu, Azərbaycandadır. Bu ortaq monitorinq mərkəzinin yerləşməsinin bu nüansı onsuz da ayrı bir razılığın mövzusudur”.

Dövlət başçısının mətbuat katibi bildirib: “Bu, Qarabağ deyil”.

Dmitri Peskov türk sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğunun nəzərdə tutulmadığını vurğulayıb. “Bəyanatın mətnində bu haqda bir kəlmə də yoxdur. Üç tərəf türk əsgərlərinin Qarabağda olmasını razılaşdırmayıb”.