XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 00:47

Obamanın Ərdoğanla görüşü planlaşdırılır –Qeyri-rəsmi

obam-erd-55

 

"ABŞ prezidenti Obama ilə prezident Ərdoğan arasında bu həftə Vaşinqtonda rəsmi olmayan bir görüşün reallaşması gözlənilir."

Strateq.az xəbər verir ki, açıqlama Ağ Evə aiddir.

Xatırladaq ki, bir müddət əvvəl Barak Obama türkiyəli həmkarının birlikdə məscid açma təklifini geri çevirmiş, nüvə sammiti çərçivəsində rəsmən heç kiminlə görüşməyəcəyini bildirmişdi.

Obamanın bu cavabı hər kəsdə iki lider arasında soyuq yellərin əsməsi və ABŞ tərəfindən Ərdoğanın “qələminin qırılması” təsəvvürünü yaratmışdı.

Ağ Evin son açıqlaması isə bu versiyanı yalanlayır.