XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 10:37

Mövlud Çavuşoğlu:"Sabah Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq"

“Sabah Rusiyadan bir nümayəndə heyəti gələcək, Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq”. 

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, atəşkəsə nəzarət üçün yaradılacaq mərkəz razılaşmanın yerinə yetirilməsi yönündə mühüm işlər görəcək: “Mərkəzin iş prinsipini ortaq işçi qrupu müəyyənləşdirəcək. Mərkəz Azərbaycanın müəyyənləşdirdiyi yerdə yerləşəcək. Bu atəşkəsin daimi sülhə vəsilə olmasını istəyərdik”. 

Türkiyə Xarici işlər naziri qeyd edib ki, əvvəllər atəşkəsi pozan Ermənistanın artıq dərs aldığını düşünür: “Bu prosesin nəticələrindən Ermənistan xalqı da faydalanacaq. Proses Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnməlidir. Bölgədəki sabitlikdən Ermənistan da faydalanacaq”/APA.