XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 10:44

Türkiyə XİN: “Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu necə olacaqsa, Türkiyənin də rolu elə olacaq”

“Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu necə olacaqsa, Türkiyənin də rolu elə olacaq”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu deyib ki, sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə işçi qrupu yaradılaraq fəaliyyət prinsipləri müəyyənləşdiriləcək: “Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək. Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi”.

Türkiyə XİN başçısı deyib ki, bundan sonra Azərbaycan necə istəyirsə, Türkiyə onun yanında olacaq.

Çavuşoğlu deyib ki, ATƏT-in Minsk Qrupunun da proseslərdən nəticə çıxarması lazımdır: “Minsk Qrupunun həmsədri Fransa birtərəfli mövqe tutur, hətta atəşkəsdən sonra da tərəfsizlik nümayiş etdirmir. Fransanın birtərəfli mövqeyinə baxmayaraq, Prezident İlham Əliyev Fransanın atəşkəs təşəbbüsünə də dəstək verib. Amma son razılaşmadan sonra da Fransa Ermənistanı dəstəkləyir, hətta Türkiyəni ittiham edir. Bundan sonrakı prosesdə heç bir ölkə haqsız Ermənistanı dəstəkləyərək, prosesi pozmağa çalışmamalıdır”/APA.