XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 13:25

Saakaşvili:“Azərbaycanın hərbi qələbəsi heç bir şübhə doğurmur”

“Azərbaycanın hərbi məqsədlərinə nail olması və qələbəsi hazırkı məqamda heç bir şübhə doğurmur”.

Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Moskvanın səsi” («Эхо Москвы») radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün azərbaycanlıların sevinci üçün böyük zəmin var: “Bir neçə rayon, həmçinin onlar üçün mühüm yer olan Şuşanı Azərbaycan faktiki olaraq öz nəzarətinə qaytarıb”.

M.Saakaşvili hərbi əməliyyatlar dövründə bir neçə mifin yaradıldığını deyib: “Onlardan biri azərbaycanlıların döyüşə bilməməsi ilə bağlı idi. Ermənilər bunu özlərinə Yerevanda isterik halda təkrarlayırdılar. Məlum oldu ki, azərbaycanlılar vuruşa bilir, onlar yaxşı hazırlıqlı idilər. Məsələn, Şuşanı onların dağ xüsusi təyinatlıları azad edib. Onlar bir neçə tərəfdən daxil olublar və əlbəyaxa vuruşublar. Bu artıq dronlar deyil, real olaraq əl ilə döyüşüblər. Azərbaycanlılar çox hazırlıqlı və cəsarətlə vuruşublar”/Report.