XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 13:56

Sergey Lavrov:"Qarabağda türk sülhməramlıları olmayacaq"

“Türkiyə Respublikasının heç bir sülhməramlı bölməsi Dağlıq Qarabağa göndərilməyəcək”.

Strateq.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir deyib: “Türk müşahidəçilərin hərəkətliliyinin sərhədləri Rusiya və türk müşahidəçilərin yerləşməsi üçün keçmiş münaqişə ərazisinə deyil, Azərbaycan ərazisinə ayrılacaq binalarla (Rusiya Federasiyası və Türkiyənin ortaq monitorinq mərkəzi – red.) məhdudlaşdırılacaq. Türkiyə parlamentində türklərin ruslarla eyni əsasda işləyəcəklərinə dair bəyanatlara gəlincə, söhbət yalnız Azərbaycan ərazisində yerləşən, heç bir ziyarət missiyası olmadan daimi olaraq fəaliyyət göstərəcək həmin mərkəzdən gedir”.

“Türkiyə Respublikasının heç bir sülhməramlı bölməsi Dağlıq Qarabağa göndərilməyəcək”, – deyə Sergey Lavrov əlavə edib.

Rusiya xarici işlər naziri Ermənistan hökumətinin atəşkəs razılaşmasından doğan məsuliyyəti və onun tammənalı məzmununu anladığına ümidvar olduğunu bildirib.

Sergey Lavrov Qarabağdakı rus sülhməramlılarının mövcudluğu ilə bağlı razılaşmaların qaçqınların hüquqlarının təmin edilməsinə şərait yaratdığını bildirib.

“İnanıram ki, bu tamamilə ağlabatan bir formuldur (uzadılması ehtimalı ilə 5 il müddətinə sülhməramlıların yerləşdirilməsi haqqında bənd. – red.). Bu vəziyyətin yalnız sakitləşməsi üçün deyil, həm də, bir növ, yaradıcı kanala keçməsi üçün kifayət qədər üfüq yaradır. Qarabağda isə yaradılacaq çox şey var. Yalnız bütün status məsələlərini, ilk növbədə, orada yaşamış və indi yaşayan etno-konfessional qrupların hüquqlarının təmin edilməsi baxımından nəzərdən keçirməyin vacibliyini qeyd edim. Qarabağa qayıtmaq hüququ olan bütün məcburi köçkünlərin, qaçqınların öz mədəni, sivilizasiyalı və dini köklərini bərpa etmək hüququna malikdirlər”.

Nazirin sözlərinə görə, atəşkəs razılaçmasından sonra da ATƏT-in Minsk qrupu həmsədrlərinin rolu saxlanılır.