XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 21:50

Hulusi Akardan növbəti Qarabağ açıqlaması:“Türkiyə həm döyüş meydanında, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində “Türkiyənin yeri harada?” deyə soruşanlara cavab verirəm: Türkiyənin yeri bu məsələnin kökündə – həm döyüş meydanında, həm də danışıqlar masasındadır”.

Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir: “Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur”.

H.Akar deyib ki, sabah Rusiyadan geniş bir heyət gələcək: “Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək”/APA.