Kəlbəcərin işğaldan azad edilməsi Bakıda qeyd edilir.
Strateq.az Musavat.com-a istinadla xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan insanlar “Qarabağ Azərbaycandır” şüarı səsləndirib, qələbə mahnıları ifa ediblər.
Daha sonra isə əksəriyyəti Kəlbəcər rayonunun sakinləri olan əraziyə yığışan vətəndaşlar avtomobillərlə Şəhidlər Xiyabanına doğru qələbə yürüşü ediblər.
Hazırda Şəhidlər Xiyabanında qələbə tədbiri davam edir.
Musavat.com-un əməkdaşlarının izdihamlı yürüşdən etdikləri canlı yayını təqdim edirik: