XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2020 - 16:30

Azərbaycanda son sutkada 1395 nəfər koronavirusa yoluxub –605 nəfər sağalıb, 18 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 7137, hazırkı dövrədək isə 1523221 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 77083 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 55755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20343 nəfərdir.