XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 14:38

Putin nüvə sammitinə niyə getmədi?- ABŞ "özünütəcrid" dedi, Kremldən etiraz gəldi

Vladimir Putin

Kreml Rusiya prezidenti Vladimir Putinin ABŞ-da keçirilən nüvə sammitində iştirakdan niyə imtina etdiyinə aydınlıq gətirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, səbəb bu məsələ ilə bağlı əməkdaşlıqda mövcud olan çatışmazlıqlardır: «Nüvə təhlükəsizliyi aktual məsələdir. Lakin Moskva hesab edir ki, bu məsələ ümumi və birgə səylər, həmçinin qarşılıqlı maraq və mövqelər tələb edir. Bu məqamlarla bağlı əməkdaşlıqda çatışmazlıqlar olduğundan Rusiya bu sammitdə iştirak etməməyə qərar verdi».

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rouds bəyan edib ki, nüvə sammitində iştirakdan imtina etməklə Rusiya özünütəcridə gedib.

Rusiya Xarici İşlər Nazirliyindən isə bunu siyasiləşmiş bəyanat adlandırıblar: «Rusiya bu məsələdə aparıcı dövlətlərdən biri sayılır. Biz açar rol oynayırıq. Ona görə də özünütəcridə getdiyimizi demək siyasi iddiadır».

Xatırladaq ki, nüvə sammiti martın 31-i və aprelin 1-də Vaşinqtonda keçiriləcək.