XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2020 - 22:56

Putin Qarabağ üzrə Rusiya-Türkiyə Mərkəzindən danışdı:"Vəziyyətə birlikdə nəzarət edəcəyik"

“Qarabağ üzrə birgə Rusiya-Türkiyə Mərkəzi pilotsuz uçuş aparatlarından istifadə edəcək”.

Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Bizim Yaxın Şərqdə qarşılıqlı əlaqə üzrə çox yaxşı təcrübəmiz var, həmçinin Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradaq, hansı ki, pilotsuz uçuş aparatlarından istifadə edəcək. Bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik”, – o, “Rusiya 24” telekanalının efirində deyib/Report.