XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2020 - 12:33

RAMİZ MEHDİYEVLƏ ƏLİ HƏSƏNOV KAFEDRA MÜDİRİ VƏZİFƏLƏRİNDƏN ÇIXARILDI –DİA-da yeni dəyişikliklər

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) tutduğu vəzifədən – Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.

Bu barədə Dövlət İdarəçilik Akademiyasından bildiriblər.

Məlumata görə, bundan sonra Dövlət qulluğu və kadr siyasəti kafedrasına Rəcəb Zakir oğlu Rəhimli rəbərlik edəcək.

Qeyd edək ki, prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov da ali təhsil ocağındakı vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə Namiq Əliyev seçilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bir müddət öncə bu ali təhsil ocağındakı 6 kafedraya müdir vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə artıq yekunlaşıb.(Modern.az)