XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2020 - 16:28

Avropa İttifaqı Qarabağla bağlı bəyanat yaydı:"Nəzarət mexanizmi ilə əlaqədar prosesləri yaxından izləyəcəyik"

Avropa İttifaqı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın arasında noyabrın 9-da imzalanmış atəşkəs razılaşmasının ardından Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

Bu barədə Aİ-nin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Aİ tərəfləri insan itkisinin qarşısını almaq üçün atəşkəsə ciddi şəkildə əməl etməyə davam etməyə çağırır. Aİ atəşkəsin müddəalarının yerinə yetirilməsini, xüsusən də nəzarət mexanizmi ilə əlaqədar prosesləri yaxından izləyəcək.

Aİ bir daha ATƏT-in Minsk qrupunun beynəlxalq formatını tam şəkildə dəstəklədiyini bildirir və sabitləşmə, münaqişədən sonrakı bərpa və etimadın artırılması tədbirlərinə dəstək verərək münaqişənin davamlı və hərtərəfli həllinin formalaşmasına effektiv töhfə verməyə hazırdır”, – bəyanatda qeyd olunub/Report