XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2020 - 16:24

Azərbaycanda son sutkada 3169 nəfər koronavirusa yoluxub –1404 nəfər sağalıb, 26 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 87163 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 60869 nəfər müalicə olunaraq sağalıb, 1079 nəfər vəfat edib, aktiv xəstə sayı 25215 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 13618, hazırkı dövrədək isə 1576060 test aparılıb.