XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

21 Noyabr 2020 - 16:57

XİN-dən Lavrovla Paşinyanın görüşündə Rusiya bayrağının olmamasına reaksiya:"Bayraq çox vacibdir..."

Rusiya Xarici İşlər Nazirliyi nazir Sergey Lavrovun Ermənistan baş naziri Nikol Paşinyanla və prezident Armen Sarkisyanla görüşlərində Rusiya bayrağının olmamasına aydınlıq gətirib.

Məlumata görə, Rusiya XİN həmin görüşlərdə ölkəsinin bayrağının olmamasını Ermənistanın protokol təcrübəsi ilə əlaqələndirib.

“Bayraq çox vacibdir. Danışıqların məzmunu isə daha vacibdir. Görüşlərin tarixini və onların tərtib olunmasını bilmək də vacibdir. Hər bir ölkənin öz protokol təcrübəsi var. Diqqətli olanlar xarici işlər nazirinin Baş nazir və Prezidentlə görüşlərində yalnız bir bayrağın olduğunu görəcəklər”, – deyə Rusiya XİN-dən bildirilib.