XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

23 May 2015 - 17:05

Mətbuat yazdı, Biləsuvar gömrüyündəki problem aradan qalxdı

Bu gün Dövlət Gömrük Komitəsinin Biləsuvar Keçid Məntəqəsində İrana keçmək istəyən vətəndaşların üzləşdiyi problem aradan qaldırılıb və artıq vətəndaşlar İran ərazisinə keçiblər.

Dövlət Gömrük Komitəsindən APA-ya Biləsuvar keçid məntəqəsinin gömrük zonasında bu gün və bundan əvvəl heç bir problem yaranmadığı bildirilsə də, Strateq.az-ın mənbəsi bir daha təsdiqləyib ki, bu gün səhər saatlarından günortayadək gömrükdə çox ciddi sıxlıq, hətta etirazlar olub və məhz medianın hadisəni işıqlandırmasından sonra aradan qaldırılıb: vətəndaşlar artıq İrana buraxılıblar.

Xatırladaq kİ, bu gün İrana keçmək istəyən vətəndaşlarımızdan biri Strateq.az saytının əməkdaşı ilə əlaqə saxlayaraq, keçiddə 1000 nəfərə yaxın şəxsin süni əngəllər səbəbindən saatlarla keçiddə qaldığını və gömrük işçilərinin laqeyd münasibəti haqda informasiya vermişdi.

Strateq.az