XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2020 - 23:07

ƏRDOĞAN PUTİNLƏ QARABAĞLA BAĞLI MÜZAKİRƏ APARDI:"Erməni tərəfi öz vəzifələrindən yayınmamalıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasının məlumatına görə, Türkiyə və Rusiya prezidentləri Qarabağda birgə monitorinq mərkəzinin yaradılmasını müzakirə ediblər.

Ərdoğan mərkəzin tezliklə fəaliyyətə başlaması ilə bağlı fikrini bildirib.

“Prezidentimiz, Putinlə danışığın gedişatında Qarabağda böhranın və regionda sabitliyin həlli məsələsinin təminatı üçün qəbul edilmiş addımlar çərçivəsində Rusiya ilə birlikdə yaradılacaq monitorinq mərkəzinin mümkün qədər tez işə başlamasının zəruri olduğunu bildirib”, – xəbərdə deyilir.

Ərdoğan vurğulayıb ki, razılaşmanın reallaşdırması prosesində erməni tərəfi öz vəzifələrindən yayınmamalıdır.

Türkiyə və Rusiya prezidentləri eyni zamanda Liviyada, həmçinin Suriyada yaranmış mövcud vəziyyəti də müzakirə ediblər/Report.