XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2020 - 13:51

Mehriban Əliyeva xalqı təbrik etdi:"Şanlı qələbəmiz hər ailəyə bol sevinc, ölkəmizə əmin-amanlıq gətirsin"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.

Strateq.az xəbər verir ki, paylaşımda deyilir:

“Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə – Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.