XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

23 May 2015 - 22:50

Kəmaləddin Heydərov: “Təhlükəsizlik üçün ciddi tədbirlər görülür”

“Mən əminəm ki, Birinci Avropa Oyunları zamanı insanların təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək”.

Strateq.az “Trend”ə istinadən bildirir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində nazirliyin rolundan danışarkən deyib.

K.Heydərov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin ən mühüm vəzifəsi Oyunlar zamanı bütün idmançıların və qonaqların təhlükəsizliyinin təmin etməsidir və bu istiqamətdə ciddi tədbirlər görülür.

Nazirin sözlərinə görə, bütün obyektlərin tikintisi zamanı yanğın və tikinti təhlükəsizliyinə ciddi diqqət yetirilir, bütün obyektlərə ciddi nəzarət edilir, onlar sınaqdan keçirilir və hər hansı nöqsanlar olduğu halda aradan qaldırılması üçün təcili tədbirlər görülür.

K.Heydərov əlavə edib ki, Nazirliyin müvafiq departamentləri fövqəladə hallarda evakuasiya planları hazırlayır və bu planların tətbiqi ilə bağlı müxtəlif təlimlər keçirir.

Nazir əlavə edib ki, fövqəladə vəziyyətə dərhal reaksiya vermək məqsədilə fövqəladə xilasetmə resurslarının planlaşdırılmasına xüsusi diqqət yetirilir: “Biz nazirliyin bütün resurslarını və imkanlarını bir nöqtədən idarə etmək üçün komanda mərkəzi yaratmağı nəzərdə tuturuq. Eyni zamanda, Bakı 2015 Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq yaratmaq məqsədilə nazirliyin müxtəlif departamentlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və daimi əlaqələndirici təyin edilib”.