XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

26 Noyabr 2020 - 09:00

Fransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəsini pislədi:"Bu addım hökumətin siyasətini əks etdirməyəcək"

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

O, qeyd edib ki, əgər rəsmi Paris qondarma rejimi tanısa belə, bu, heç kimə xeyir gətirməyəcək.

“Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri (ATƏT – red), nə də Avropa üçün faydalı olardı”, – o, deyib.

Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

“Hökumətin (Fransa – red) məsuliyyəti sual verməkdən ibarətdir: belə bir jest faydalı və təsirli olardımı?”, – o, əlavə edib.

Dövlət katibi vurğulayıb ki, bu addım heç bir fayda verməyəcək/Report.