XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2020 - 17:45

Nazir Vilayət Eyvazov generalı rəis təyin etdi –DİN sistemində daha bir dəyişiklik

Daxili işlər orqanlarında yeni təyinat olub.

Məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

T. Hacıyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmaylov Bakı Şəhər Baş Polis idarəsinə rəsi təyin edilib.

Təyinatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.