Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün dekabrın 2-də növbəti maddi-texniki təminat vasitələri gətirilərək müəyyənləşdirilən marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.
Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.