XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 15:37

Azərbaycanda daha 4189 nəfər COVID-19-a yoluxub, 40 nəfər vəfat edib –Qərargahdan açıqlama

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, bu günə qədər isə ümumilikdə 1 781 218 test icra olunub”.