XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 15:54

Azərbaycanda daha 4267 nəfər koronavirusa yoluxub –2566 nəfər sağalıb, 41 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 138000 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 83800 nəfər müalicə olunaraq sağalıb, 1551 nəfər vəfat edib, aktiv xəstə sayı 52649 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 15 808, hazırkı dövrədək isə 1 797 026 test aparılıb.