XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 14:29

Orduya Yardım Fondunun vəsaitləri necə xərclənəcək? –Detallar

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması haqqında” fərmana əsasən Fondun vəsaitindən istifadə istiqamətləri qaydası müəyyənləşib.

Strateq.az xəbər verir ki, Fondun vəsaiti aşağıdakı məqsədlər üçün istifadə edilir:

1. Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi;

2. hərbi texnika, silah və sursatın alınması;

3. hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi;

4. hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili;

5. hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi;

6. peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili.

Fondun vəsaitindən bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.