XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 15:19

Azərbaycanda daha 4 387 nəfər koronavirusa yoluxub, 38 nəfər vəfat edib –3133 xəstə isə sağalıb

Bu günə olan məlumata görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Strateq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

COVID-19 testinin nəticəsi müsbət çıxan daha 38 nəfər vəfat edib.